Xavi:

Xavi: "Barselona" La Liqada favorit deyil"

Hazırda oxunan: Xavi: "Barselona" La Liqada favorit deyil"

118504

"Barselona"nın baş məşqçisi Xavi komandasını La Liqada favorit hesab etmir. 

Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, bu barədə mütəxəssis özü danışıb.

O, Kataloniya təmsilçisinin sadəcə çempionluq üçün iddialı komandalardan biri olduğunu deyib: 

“Təxminlər mövsümün sonunda verilir. Yaxşı formadayıq, yaxşı anlar yaşayırıq. Gözəl oyunlar oynadıq. Ümumilikdə, La Liqadakı işimizdən çox razıyam. Biz hazırda turnir cədvəlində liderik, yenicə titul qazanmış “Real”ı 5 xal qabaqlayırıq...

Belə davam etməliyik. Mənə elə gəlir ki, biz favorit deyilik, əksinə, titul üçün iddialılardan biriyik. La Liqanın və Çempionlar Liqasının hazırkı qalibi ilə yarışırıq. Son və ya sondan əvvəlki tura qədər çempionluq uğrunda mübarizə aparacağıq. 5 xal geridə olsalar da, onları güclü hesab edirəm. 
Biz də hər matçda təzyiq hiss edirik, təkcə "Real"dan yox, bütün komandalardan. Hər həftə bizim üçün əsasdır. Hər matç bir mövsümün taleyini həll edir. Biz "Barselona"yıq və təzyiq altındayıq". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO