Böyük Dəbilqə: Üç cüdoçumuz bu gün mübarizəyə başlayır

Böyük Dəbilqə: Üç cüdoçumuz bu gün mübarizəyə başlayır

Hazırda oxunan: Böyük Dəbilqə: Üç cüdoçumuz bu gün mübarizəyə başlayır

118384

Azərbaycanın üç cüdoçusu bu gün Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Matteus Takaki (Braziliya) - Petros Çristodoulides (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.

66 kq-dakı Yaşar Nəcəfov eyni raundda An Cehonq (Cənubi Koreya) - Cerard Kadet (Haiti) duelinin güclüsü ilə qarşılaşacaq.

73 kq-dakı Nurlan Osmanov 1/32 finalda İdo Levinlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO