“Turan Tovuz” “Qarabağ”la oyuna görə 5600 manat məbləğində cərimələnib

“Turan Tovuz” “Qarabağ”la oyuna görə 5600 manat məbləğində cərimələnib

Hazırda oxunan: “Turan Tovuz” “Qarabağ”la oyuna görə 5600 manat məbləğində cərimələnib

117419

“Turan Tovuz” klubu Azərbaycan Premyer Liqasının XIX turunda “Qarabağ”la keçirilən oyundakı neqativ hallara görə 5600 manat məbləğində cərimələnib. 

Bizim.Media xəbər verir ki, AFFA İntizam Komitəsinin iclasında Tovuz təmsilçisi analoji cəriməyə məruz qalıb.

Bunun 4000 manatı tovuzlu azarkeşlərin hakimlərə qarşı təhqiramiz ifadələr işlətməsi səbəbindən verilib.
Eyni zamanda fanatlar meydançaya kənar əşyalar atdıqları üçün “Turan Tovuz”a əlavə 1600 manat cərimə kəsilib.

Bundan başqa, “Qəbələ” ilə qarşılaşmada təcili tibbi yardım stadiona gecikdiyindən, “Kəpəz” 1600 manat cərimələnib. Həmçinin, görüşdən əvvəl polis iclasa gəlmədiyi üçün gəncəlilər daha 800 manat cərimə ödəməli olacaqlar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO