Azərbaycanlı çempion erməni rəqibi ilə döyüşəcək

Azərbaycanlı çempion erməni rəqibi ilə döyüşəcək

Hazırda oxunan: Azərbaycanlı çempion erməni rəqibi ilə döyüşəcək

117080

ONE FC üzrə çempion Çingiz Allazov Bakıda təşkil edilən mətbuat konfransında iştirak edib.  

“One Championship” Dünya Qran Prisinin qalibi və yüngül çəkidə mütləq çempion olan azərbaycanlı kikboksçu Bakıda təşkil edilən mətbuat konfransında erməni idmançı Marat Qriqoryanla döyüşmək arzusunda olduğunu söyləyib. 

İdmançı Vətəndə olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyib:

"Bakıda 3 dəfə olmuşam. Dörd il idi ki, məşqlərlə əlaqədar buraya gələ bilmirdim. Vətəndə olmağa hər zaman şadam. Döyüşdən əvvəl həm burada, həm də Belarusda mənə çox dəstək verdilər. Buna görə, xalqıma minnətdaram. Onların sayəsində dünya reytinqində bir nömrəyəm. İnkişaf etməliyik, qələbələrin davamı gəlməlidi”.  

Çingiz Allazov bu idman növünün Azərbaycandakı hazırkı durumuna da münasibət bildirib:  

“Azərbaycanda peşəkar kikboks yox dərəcəsindədir. Bunun üçün peşəkar hazırlıq məkanları olmalıdı. Peşəkar kikboks dünyada çox inkişaf edib. Hazırda bu idman növünü milyonlar izləyir”.

Tanınmış idmançı Azərbaycan vətəndaşlığını almaq üçün müraciət edəcəyini qeyd edib. 

Mətbuat konfransında iştirak edən “Best of the Best” qrupunun prezidenti Elnur Məmmədov bu il yeni layihə həyata keçirəcəklərini söyləyib:

"Azərbaycanı dünyada tanıdan idmançılarla birlikdə layihəmiz olacaq. Layihəni "Legends of Azerbaijan" adlandırmağı düşünürük. Dünyada tanınan idmançıları bu layihədə cəmləşdirməyə çalışacayıq. Fikrimizcə, maraqlı layihə olar. Çingiz Allazov, Xəyal Caniyev, Alim Nəbiyev və digər tanınmış idmançılar üzvlərimizdir. Layihəyə qonaq qismində Badr Hari və Alistar Overimi də dəvət etmək barədə fikirləşəcəyik".  

Elnur Məmmədov da Azərbaycanda peşəkar kikboksun yaxşı vəziyyətdə olmadığını söyləyib:

“Azərbaycanda bu idman növünə həvəskar səviyyədə yanaşılır, peşəkar kikboksinq yoxdur. Amma MMA növündə yaxşı idmançılarımız var. Çingizin uğurunu 100 il, 300 il ərzində heç kim edə bilməz. O, yüksək səviyyəli idmançıları elə döyüşlərlə məğlub etdi ki, bunu təkrarlamaq çətindir”.  

Konfransda iştirak edən Muay tay üzrə dünya və Avropa çempionu Xəyal Canıyev fevralın 4-də Rusiyada keçiriləcək RCC Fairfight MMA-dakı ilk döyüşündə Çexiya təmsilçisi Tadeus Rujiçka ilə üz-üzə gələcək. 

Döyüşçü Rusiya vətəndaşı olsa da daim Azərbaycan bayrağı ilə gəzdiyini bildirib:

“Yarışlarda həmişə Azərbaycan bayrağı yanımda olub. Azərbaycan vətəndaşlığını almaq istəyərdim. Bu, mənim üçün qürur olar. İndi Ukrayna ilə olan məsələlərə görə Rusiya vətəndaşlığından çıxmaq məsələsi çətin görünür. Ancaq qarşıdakı yarışlarda rəsmən Azərbaycanı təmsil etmək istərdim”.


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO