“Adidas” şirkəti qadın futbolçular arasında keçiriləcək dünya çempionatının rəsmi topunu təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin rəsmi saytı məlumat yayıb.
Bu il iyulun 20-dən avqustun 20-dək Avstraliya və Yeni Zelandiyada keçiriləcək dünya çempionatının rəsmi topunun adı “Oceanunz”dur. Adın mənası Okeaniya zonasında yerləşən iki ölkəni – Avstraliya və Yeni Zelandiyanı ifadə edir.
Göy və yaşıl rənglərdən ibarət topun üzərindəki çalarlar Avstraliya landşaftı, Yeni Zelandiyanın geniş dağ silsilələri və Avstraliyanın Hind Okeanı ilə əlaqəsindən ilhamlanaraq yaradılıb.
Yanvarın 25-dən satışa çıxarılacaq top 150 avro olaraq qiymətləndirilib.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:09 / 24.01.2023
Qadın futbolçular arasında dünya çempionatının rəsmi topu təqdim olundu
Hazırda oxunan: Qadın futbolçular arasında dünya çempionatının rəsmi topu təqdim olundu
Hazırda oxunan: Qadın futbolçular arasında dünya çempionatının rəsmi topu təqdim olundu
116399
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.