XXII Azərbaycan Kikboksinq Çempionatının xa0ölkə idmanında xüsusi yeri olacaq.
Bu sözləri Moderator.az -a Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov söyləyib.
“Azərbaycan Kikboksinq Federasiyasının bütün tədbirləri izdihamlı keçir. Artıq klublarımız çempionata ciddi hazırlaşırlar və bu dəfəki çempionamız da xa0uğurlu keçəcək. Çünki, bu yarışlar gənclərin idmana olan marağını artırır. xa0Bu gün federasiyasımızın böyük idmançı potensialı var. Uğurlarımızın bazasını bu potensial təşkil edir. Mən hər kəsi çempionata baxmağa dəvət edirəm.”x9d
P.S. İdmançılar fevralın 14-də, saat 10:00-dan 15:00-dək Azərbaycan Kikboksinq Federasiyasının Təlim Məşq Bazasında toplaşacaqlar (Ünvan: Tofiq Bəhrəmov adına Respublika stadionun yanı).
Yarış fevralın 15-də, saat 10:00-da baş tutacaq. Kadetlər arasında birincilik fevralın 16-17-də gerçəkləşəcək. Çempionat Bakı İdman Kombinatında (Əl Oyunları İdman Sarayında, Bakı, Səbail, Neftçilər, 26a) baş tutacaq.






























































































