“Əl-Nəsr” Marselonu transfer etməyə hazırlaşır

“Əl-Nəsr” Marselonu transfer etməyə hazırlaşır

Hazırda oxunan: “Əl-Nəsr” Marselonu transfer etməyə hazırlaşır

116065

Səudiyyənin “Əl-Nəsr” klubu “Olimpiakos”un braziliyalı müdafiəçisi Marselonu heyətinə qatmaq istəyir.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, səudiyyəlilər Madrid klubunun sabiq kapitanı ilə maraqlansalar da, hələlik ona təklif verməyiblər.

Qeyd olunur ki, braziliyalının dəvətinin təşəbbüskarı komandaya yeni qatılan Kriştiano Ronaldo olub. O, Marselo ilə uzun müddət "Real Madrid"də çıxış edib.

Xatırladaq ki, Marselo 2007-2022-ci illərdə "Real"ın futbolçusu olub. Komandanın heyətində keçirdiyi 546 oyunda müdafiəçi 38 qol vurub və 103 məhsuldar ötürmə edib.
"Real Madrid"lə Marselo 25 kubok qazanıb. 2022-ci ilin sentyabrından Marselo Yunanıstan "Olimpiakos" klubu ilə müqavilə başlayıb. Müqavilənin müddəti yayda başa çatır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO