"Neftçi" "Srvena Zvezda"ya uduzdu

Hazırda oxunan: "Neftçi" "Srvena Zvezda"ya uduzdu

115689

“Neftçi” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Laurentsiu Regekampf komandası “Srvena Zvezda” (Serbiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 4-cü dəqiqədə Nemanya Motika vurub. 

"Srvena Zvezda" Serbiya Superliqasında mübarizə aparır və hazırda 19 turdan sonra 53 xalla liderdir. 

Qeyd edək ki, “Neftçi” bundan əvvəlki sınaq matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşıb. Komanda sabah vətənə qayıdacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO