Basketbol məşqçilərimiz Litvada seminara qatıldı - FOTO

Basketbol məşqçilərimiz Litvada seminara qatıldı - FOTO

Hazırda oxunan: Basketbol məşqçilərimiz Litvada seminara qatıldı - FOTO

115571

Azərbaycan Basketbol Federasiyasın dəstəyi ilə 15 yanvar tarixində yerli məşqçilərimiz Litvaya yollandılar.

Bizim.Media xəbər verir ki, seminarın iştirakçıları, U-18 oğlan yığma komandamız və "NTD" klubunun baş və köməkçi məşqçiləri Tahir Baxşıyev və Polad Həsənov, U-20 oğlan yığma komandamız və "Sərhədçi" klubun baş məşqçisi Anar Sarıyev səfərin ilk günündə Vilnüs şəhərində yerləşən "NBA" basketbol məktəbində olublar.

Onlar həmin məktəbdə litvalı mütəxəssislər tərəfindən keçirilmiş seminarda iştirak edərək daha sonra Azərbaycan basketbolunun gələcək ümidi sayılan Hüseyn Qaflanovun təlim-məşq prosesini izləyiblər.
Növbəti gün Kaunas şəhərinə yollanan məşqçilərimiz, məhşur "Jalqris" klubun hər yaş qruplarının təlim-məşq prosesini izləyərək, Vilnüs şəhərində olduğu kimi peşəkar mütəxəssislərin məşqçilik seminarlarında iştirak ediblər. 

Qeyd edək ki, məşqçilərimizin Litvada keçirilən seminarları 21 yanvar tarixinə qədər davam edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO