\

\"Sabah\"dan böyükhesablı qələbə

Hazırda oxunan: \"Sabah\"dan böyükhesablı qələbə

115489

Antalyada təlim-məşq toplanışında olan “Sabah” bu gün sonuncu yoxlama oyununa çıxıb.  

Bizim.Media xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi paytaxt təmsilçisi Serbiya “Voyvodina”sı ilə qarşılaşıb.  

Qarşılaşmada qapılara 6 qol vurulub. Yekunda “Sabah” 4:2 hesablı qələbəyə sevinib. Hesabı 3-cü dəqiqədə “Sabah”dan Davit Volkov açıb.

6-cı və 10-cu dəqiqələrdə fərqlənən Velko Simiç serbləri önə keçirib. 22-ci dəqiqədə Davit Volkov tarazlığı bərpa edib. 46-cı dəqiqədə Aleksey İsayev “Voyvodina”nı 3-cü dəfə cəzalandırıb. Son nöqtəni isə 62-ci dəqiqədə Aleksey Kaşuk qoyub.  
Xatırladaq ki, “Sabah” ilk sınaq matçında Polşanın “Varta” komandası ilə heç-heçə (1:1) edib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO