AFFA erməni futbolçu Henrix Mxitaryanın yol verdiyi təxribata görə UEFA və İtaliya Futbol Federasiyasına etirazını bildirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla “Report”a açıqlamasında danışıb.
“Artıq müvafiq prosedurlara başlanılıb. Zəruri hüquqi sənədlər hazırlanaraq UEFA-ya və İtaliya Futbol Federasiyasına müvafiq müraciət ünvanlanacaq”, - deyə o, qeyd edib.
Xatırladaq ki, Mxitaryan klub telekanalında efir zamanı hansı ölkədən olduğuna aid suala Ermənistanın və Azərbaycanın Qarabağ torpağının rəsmlərini çəkərək cavab verib. Fotodan göründüyü kimi, o, bu “işin” öhdəsindən gələ bilməyib.
Qeyd edək ki, 44 günlük tarixi qələbədən sonra Azərbaycan Ordusunun hərbçiləri Şuşada Ermənistan millisinin futbolçusu Henrix Mxitaryana məxsus villa aşkar ediblər. Villa Şuşanın ən səfalı guşəsində tikilib.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:16 / 16.01.2023
AFFA erməni futbolçuya görə UEFA-ya etirazını bildirəcək - FOTO
Hazırda oxunan: AFFA erməni futbolçuya görə UEFA-ya etirazını bildirəcək - FOTO
Hazırda oxunan: AFFA erməni futbolçuya görə UEFA-ya etirazını bildirəcək - FOTO
115016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.