"Çelsi" ukraynalı futbolçunu 100 milyon avroya aldı

Hazırda oxunan: "Çelsi" ukraynalı futbolçunu 100 milyon avroya aldı

114904

Ukraynanın Donetsk şəhərinin "Şaxtyor” klubunun futbolçusu Mixail Mudrik Londonun "Çelsi" komandası ilə müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ingilis komandasının rəsmi saytı məlumat yayıb.

Ukraynalının "Çelsi" ilə müqaviləsi 8 il yarımdır.

“Çelsi” ilə müqavilə imzaladığım üçün çox xoşbəxtəm. Bu, fantastik liqada nəhəng bir klubdur və karyeramın bu mərhələsində mənim üçün çox cəlbedici layihədir. Yeni komanda yoldaşlarımla görüşməkdən çox həyəcanlıyam. Qrem Potter və onun məşqçi heyətindən öyrənməyi səbirsizliklə gözləyirəm”, - Mudrik bildirib.
Bu mövsüm 22 yaşlı cinah yarımmüdafiəçisi Ukrayna çempionatında 12 oyuna çıxıb, 7 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Onun Ukrayna millisində səkkiz oyunu var.

"Çelsi" ukraynalı oyunçuya görə mübarizə aparan “Arsenal”ı udub. Bu klub da  yarımmüdafiəçiyə iddia edib və 100 milyon avro təklif edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO