Adamanın transferinə Qurban Qurbanovdan REAKSİYA 

Adamanın transferinə Qurban Qurbanovdan REAKSİYA 

Hazırda oxunan: Adamanın transferinə Qurban Qurbanovdan REAKSİYA 

114688

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni transferləri Adama Diakabi ilə bağlı danışıb.

Bizim.Media xəbər verir ki, bu gün Antalyada “Rakuv”a (Polşa) qarşı yoxlama matçında (0:3) sonra jurnalistlərə deyib:

“O, çoxdandır oynamırdı (Adama 2022-ci ilin iyununda klubsuz idi - red.). İdman formasını qaytarmaq çox çətin olacaq. Oyun ritminə düşmək üçün vaxt lazımdır. Ehtiyatlı olmalıyıq, tələssək, futbolçu "yana" bilər. Proqramlı şəkildə hazırlamağa çalışacağıq. Bacarıqlı futbolçudur. İnanıram ki, bizə çox faydası çox olacaq. Onu əvvəlki formasına qaytarmağa çalışacağıq".

Qeyd edək ki, Adama Ağdam klubuna azad agent qismində keçib. Onun son klubu Fransa "Amyen"i olub. 2022-ci ilin yayında Fransa təmsilçisi ilə müqaviləsi başa çatan futbolçu klubsuz idi.

Sol vinger olan Diakabi "Amyan"lə yanaşı, bir vaxtlar Fransanın U-21 millisinin də şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın "Kan", "Renn", "Monako", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO