“Səbail” klubunun məşqçi problemi düzəlmir ki, düzəlmir.
Bizim.Media xəbər verir ki, mövsümün əvvəlində “bəh-bəh”lə kluba gətirilən Mahmud Qurbanov da burada cəmi 6 ay dözə bildi. Azərbaycan futbolunun “pfofessor”unun Premyer Liqada məşqçilik təcrübəsi çox az çəkdi və uğurlu olmadı.
Əslində “Səbail”in əsl problemləri Aftandil Hacıyevi gözlənilmədən istefaya göndərəndən başlayb.
Klubda uzun müddət çalışan, necə deyərlər buranın mətbəxini çox gözəl bilən Hacıyevlə əvvəlcə müqaviləni uzadan, sonra isə gözlənilmədən onunla vidalaşan rəhbərliyin də əsl dərdləri həmin istefa ilə gəldi.
İndi estafet başqa məçqçidədir, hamımızın çox yaxşı tanıdığı Şahin Diniyev.
Daha ətraflı hazırladığımız videomaterialda tanış ola bilərsiniz.
Rəşad Rafiqoğlu, Bizim.Media