“Sumqayıt” Rusiya klubunun üzvü ilə müqavilə bağlayır

“Sumqayıt” Rusiya klubunun üzvü ilə müqavilə bağlayır

Hazırda oxunan: “Sumqayıt” Rusiya klubunun üzvü ilə müqavilə bağlayır

114223

“Sumqayıt” klubu qış fasiləsində növbəti transferini reallaşdırmaq üzrədir. 

Bizim.Media xəbər verir ki, Rusiyanın “Arsenal” Tula klubunun üzvü Kamran Əliyev bundan sonra komandanın uğurları üçün çalışacaq. Artıq “Sumqayıt”ın düşərgəsinə qoşulan əslən azərbaycanlı rusiyalı forvardın tezliklə rəsmi müqaviləyə imza atması gözlənilir. 

Kamran Əliyev 2022-ci ilin iyul ayından “Arsenal”da çıxış edirdi. O, daha öncə “Ximki” və “SKA Xabarovsk” klublarının da formasını geyinib. Əliyev Azərbaycanın U-21 yığmasına cəlb olunsa da sonradan millimizdən gələn təklifləri Rusiyada legioner sayılacağı səbəbindən geri çevirib.
Lakin futbolçunun “Sumqayıt”la müqavilə bağladıqdan sonra milli komandamıza da cəlb olunması gözlənilir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO