"Barselona"lı futbolçu ilk qolunu vurdu, "Lamborghini" aldı - FOTO

Hazırda oxunan: "Barselona"lı futbolçu ilk qolunu vurdu, "Lamborghini" aldı - FOTO

11384

İspaniyanın "Barselona" klubunun futbolçusu Frantsisko Trinkao "Lamborghini Huracan EVO" idman avtomobilini alıb.

Bizim.Media xəbər verir ki, bu barədə avtomobili satan "JM Automocion" şirkəti instahramda məlumat yayıb.

Maşının qiyməti minimum 250 min avrodan başlayır. Satıcı 22 yaşlı yarımmüdafiəçiyə təşəkkür edib və avtomobildən zövq almasını arzulayıb.

Qeyd edək ki, Frantsisko Trinkao fevralın 7-də La Liqanın XXII turunda "Betis"lə görüşdə qələbə qolunu vurub - 3:2. Bu, oyunçunun Kataloniya təmsilçisinin əsas komandasında ilk qoludur.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO