“Neftçi” Antalyada hazırlığı davam etdirir - FOTO

“Neftçi” Antalyada hazırlığı davam etdirir - FOTO

Hazırda oxunan: “Neftçi” Antalyada hazırlığı davam etdirir - FOTO

113623

“Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsindəki təlim-məşq toplanışını davam etdirir. 

Bizim.Media xəbər verir ki, komanda ötən gün bir məşqə çıxıb. Məşqdə fiziki təmrinlərlə yanaşı, toplu və taktiki çalışmalar da yerinə yetirilib.

Bu gün hazırlığın iki məşqlə davam etdirilməsi planlaşdırılır. “Ağ-qaralar”ın qardaş ölkədə 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. 

“Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

















Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO