Antalyaya son gedən klubumuz - “Turan Tovuz”

Antalyaya son gedən klubumuz - “Turan Tovuz”

Hazırda oxunan: Antalyaya son gedən klubumuz - “Turan Tovuz”

113620

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də Bakıda bir araya gələn “Turan Tovuz” bu gün Antalyaya yola düşüb. 

Bizim Media xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Artıq Antalyada olan Ayxan Abbasovun komandası yanvarın 18-nə qədər qardaş ölkədə hazırlıq keçəcək. 

Xatırladaq ki, “Turan Tovuz” Türkiyədə üç yoxlama oyunu keçirəcək. Belə ki, sözügedən komanda yanvarın 9-da Rumıniyanın “Petrolul”, 13-də İsveçrənin “Aarau”, 17-də isə Polşanın “Qurnik” (Zabrje) kollektivləri ilə üz-üzə gələcək. Komanda yanvarın 18-də vətənə dönəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO