Dani Alveşdən cinsi təcavüz iddialarına CAVAB 

Dani Alveşdən cinsi təcavüz iddialarına CAVAB 

Hazırda oxunan: Dani Alveşdən cinsi təcavüz iddialarına CAVAB 

113449

Braziliya millisinin üzvü Dani Alveş cinsi təcavüz iddialarına münasibət bildirib.

Bizim.Media xəbər verir ki,  Meksikanın “Pumas” klubunda çıxış edən futbolçu haqqında çıxan iddiaların doğru olmadığını deyib:

“Bəli, mən o yerdə (Barselonadakı gecə klubunda - red.) başqa insanlarla birlikdə idim və bundan həzz alırdım. Məni tanıyan hər kəs bilir ki, rəqs etməyi sevirəm. Başqalarının şəxsi məkanını zəbt etmədən rəqs etdim, həzz aldım. Bu qadının kim olduğunu bilmirəm. Tualetə girəndə orada kimin olduğunu soruşmağa ehtiyac yoxdur.

Mən heç vaxt kiminsə şəxsi məkanını zəbt etməmişəm. Bunu bir qızla və ya qadınla necə edərdim? Mənə, əzizlərimə pislik etməyə çalışırlar. İnsanlar mənim kim olduğumu bilir”.
Qeyd edək ki, bir qadın 39 yaşlı futbolçunu Barselondakı gecə klublarının birində ona cinsi təcavüz etməkdə ittiham edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO