Qış hazırlığını keçmək üçün sırağagün Türkiyəyə yollanan “Neftçi” artıq qardaş ölkədə ilk məşqini keçirib.
Komandanın ilk məşqində məşqçilər heyəti futbolçulara əsasən yüngül fiziki hərəkətləri yerinə yetirməyi tapşırıblar. Zədəli futbolçular Eddi İsrafilov, Fərid İsrafilov və Voislav hazırlıqda iştirak etməyiblər.
Yeri gəlmişkən, “Neftçi”nin uzun müddət zədəli olan futbolçusu Sezar Meza Kolli də “flaqman”ın Antalyadakı toplanışına qatılmalıdır.
Qeyd edək ki, paraqvaylı futbolçu hələ yayda zədələnərək əməliyyat keçirmişdi. “Neftçi”nin Antalyadakı ilk məşqindən görüntüləri sizə təqdim edirik.
Rəşad Rafiqoğlu, Bizim.Media