"Turan Tovuz"un Antalyadakı rəqibləri bilindi

Hazırda oxunan: "Turan Tovuz"un Antalyadakı rəqibləri bilindi

112830

"Turan Tovuz" mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə  yanvarın 3-də Bakıda bir araya gələcək. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yanvarın 7-də Antalyaya yola düşəcək.  

Artıq komandanın hazırlıq çərçivəsində keçirəcəyi yoldaşlıq oyunlarının tarixləri bəlli olub. Belə ki, ilk olaraq 9 yanvar tarixində “Turan Tovuz” “Petrolul”la qarşılaşacaq.  

13 yanvar tarixində isə baş məşqçi Ayxan Abbasov İsveçrə “Aarau”su ilə oyunda komandanı sınaqdan keçirəcək. Antayla təlim-məşq toplanışında son oyun isə yanvarın 17-də Polşa “Qurnik“inə (Zabrje) qarşı olacaq.  

Komanda yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO