“Sabah” “Real”ın keçmiş futbolçusunu transfer edir - ÖZƏL

“Sabah” “Real”ın keçmiş futbolçusunu transfer edir - ÖZƏL

Hazırda oxunan: “Sabah” “Real”ın keçmiş futbolçusunu transfer edir - ÖZƏL

112765

Qış transfer pəncərəsi açıldığından artıq klublarımız aktiv transfer fəaliyyətinə başlayıb. Fasilədən sonra heyətini daha da gücləndirmək istəyən “Sabah” yenə də transferdə fəal olacaq.

Bizim.Media-nın əldə etdiyi məlumata görə paytaxt təmsilçisi ciddi bir transferə hazırlaşır.

Klubun heyətinə qatmaq istədiyi futbolçu isə “Real” Madridin keçmiş oyunçusu Xese Rodrigesdir. 

2011-2016-cı illərdə “kral klubu”nun heyətində çıxış edən forvard PSJ, “Stok Siti”, “Sportinq” kimi klubaların da şərəfini qoruyub. Hazırda Türkiyə Superliqasında çıxış edən “Ankaragücü”nün futbolçusu olan Xese Rodriges bu klubda debüt edə bilməyib. 
“Sabah”la futbolçunun meneceri arasında danışıqlar uğurla gedir və yaxın günlərdə futbolçunun klubla müqavilə bağlayacağı gözlənilir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO