Şahmatçılarımız blits növündə mübarizəyə başlayır

Şahmatçılarımız blits növündə mübarizəyə başlayır

Hazırda oxunan: Şahmatçılarımız blits növündə mübarizəyə başlayır

112241

Qazaxıstanın Almatı şəhərində keçirilən şahmat üzrə dünya çempionatında bu gün blits yarışlarına start veriləcək.

Bizim.Media xəbər verir ki, kişilərin mübarizəsində 12 tur, qadınların duelində 9 tur oynanılacaq.

Turnirdə Azərbaycanı kişilərdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edir.

Qeyd edək ki, mükafat fondu 1 milyon ABŞ dolları olan dünya çempionatı dekabrın 30-da başa çatacaq. Ötən gün rapid növündə qaliblər müəyyənləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO