Ronaldo

Ronaldo "Əl-Nəsr"də tibbi müayinədən keçəcək

Hazırda oxunan: Ronaldo "Əl-Nəsr"də tibbi müayinədən keçəcək

111808

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo "Əl-Nəsr "ə (Səudiyyə Ərəbistanı) transfer olunmağa daha da yaxınlaşıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, klub artıq futbolçunun tibbi müayinədən keçmə tarixini müəyyənləşdirib.  

Həmçinin, 37 yaşlı hücumçu və onun nümayəndələri üçün yaşayış yeri də ayrılıb."Əl-Nəsr" qış transfer pəncərəsinin açılması ilə bütün rəsmi məsələləri həll etməyə ümid edir.  

Bildirilir ki, müqavilənin ümumi şərtləri artıq razılaşdırılıb. İndi qərar futbolçunun özünə qalıb.

Belə ki, o, müqaviləni imzalayıb-imzalamaqla bağlı qərar verməlidir. 

Hücumçunun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilə qədər hesablanacaq və onun gəliri ildə 200 milyon avro təşkil edəcək. 

Qeyd edək ki, 37 yaşlı futbolçu "Mançester Yunayted"lə müqaviləyə xitam verildikdən sonra azad agent statusundadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO