Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlandı

Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlandı

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlandı

111667

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb.

Bizim.Media xəbər verir ki, bu, XVIII turda üç böyükhesablı nəticənin qeydə alınması sayəsində mümkün olub.

“Neftçi” “Şamaxı” ilə ev, “Qarabağ” “Səbail”lə səfər oyununda 3 cavabsız qolla qalib gəlib. “Sumqayıt”ın qonağı olan “Sabah” isə 6:0 hesabı ilə qələbə qazanıb.

Bu, mövsümdə ikinci belə hadisədir. Yalnız XII turda belə nəticələr qeydə alınıb. “Kəpəz” “Səbail”i, “Neftçi” “Zirə”ni üç, “Qarabağ” “Şamaxı”nı 4 cavabsız qolla üstələyib.
Qeyd edək ki, cari mövsümdə ümumilikdə 16 qarşılaşmada üç və ya daha çox top fərqi qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO