\

\"Vugar Gashimov Memorial-2022\":  Nodirbek Abdusattorov liderliyini davam etdirir - FOTO 

Hazırda oxunan: \"Vugar Gashimov Memorial-2022\":  Nodirbek Abdusattorov liderliyini davam etdirir - FOTO 

111121

Dekabrın 22-də Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirdə blits yarışlarına start verilib. 

Bu barədə Bizim.Media-ya turnirin mətbuat xidmətindən bildirilibş 

Məlumata görə, növbəti yarış günündə 9 tur oynanılıb. 

Rapid turnirinin və blits yarışlarının 9 turunun yekunlarına görə, özbəkistanlı Nodirbek Abdusattorov 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. İspaniya təmsilçisi Fransisko Valeho Pons 16,5 xalla ikinci pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov 15 xalla 3-4-cü, Rumıniya təmsilçisi Riçard Rapport, çinli Van Hao 14 xalla 5-6-cı pilləni bölüşürlər. Hesabında 12,5 xal olan ABŞ idmançısı Semuel Şenklend 7-ci yerdədir. Abdulla Qədimbəyli 10 xalla səkkizincidir. Aydın Süleymanlı və hindistanlı Qukeş Dommaracu 9 xalla 9-10-cu pillədə qərarlaşıblar. 

Dekabrın 23-də memorialda daha 9 tur oynanılacaq. 

Turnirin qalibi rapid və blits yarışlarının yekun nəticələrinə görə müəyyənləşəcək.  

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO