Rəşad Sadıqov futbolçusunun bu hərəkətinə ETİRAZ ETDİ 

Rəşad Sadıqov futbolçusunun bu hərəkətinə ETİRAZ ETDİ 

Hazırda oxunan: Rəşad Sadıqov futbolçusunun bu hərəkətinə ETİRAZ ETDİ 

110715

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçusu Rəhim Sadıxovdan narazılıq edib. 

Bizim.Media xəbər verir ki, buna futbolçunun bu gün “Neftçi”yə qarşı Azərbaycan kubokunun 1/4 final mərhələsindəki davranışı səbəb olub.  

Belə ki, əlavə vaxtda “Neftçi”nin qapısına təyin edilən penaltini “Zirə”nin hücumçusu Hamidu Keyta yerinə yetirib. Rəhim Sadıxov isə penaltini özü vurmaq istəyib və zərbəni Keytanın yerinə yetirməsinə etiraz edib. Keytanın zərbəsini “Neftçi”nin qapıçısı İvan Brkiç dəf edib. Daha sonra isə R.Sadıxov əvəzlənib. 

Baş məşqçi Rəşad Sadıqov oyundan sonra “CBC Sport”a deyib ki, Rəhimin bu hərəkəti onun xoşuna gəlməyib:

“Rəhimi əvəzləməm də bununla bağlı idi. Oyundan sonra futbolçularla ümumi söhbətimiz oldu. Bu durum tezliklə aradan qaldırılacaq”. 
Qeyd edək ki, “Zirə” cavab matçında “Neftçi”yə 1:3 hesabı ilə uduzaraq (ilk oyunda 1:0) mübarizəni dayandırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO