Azərbaycanlı FİFA referilərinin sayı artırıldı

Azərbaycanlı FİFA referilərinin sayı artırıldı

Hazırda oxunan: Azərbaycanlı FİFA referilərinin sayı artırıldı

110626

Azərbaycanın FİFA hakimlərinin siyahısı açıqlanıb.

Bizim.Media xəbər verir ki, 2023-cü ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək ədalət təmsilçiləri FİFA tərəfindən təsdiqlənib.

Siyahıda 17 hakim yer alıb. Onlardan 4-ü referi, 8-i köməkçi, 3-ü futzal, 2-si çimərlik futbolu hakimidir. Referilərimizdən ikisi həm də VAR-da ədaləti qoruyacaq.

Qeyd edək ki, ötən siyahı ilə müqayisədə yalnız Fəridə Lütfəliyeva referilər siyahısına daxil olub. Həmçinin təmsilçilərimiz ilk dəfə VAR hakimləri sırasında yer alıb.

Referilər:

1. Ağayev Əliyar

2. Məsiyev Elçin

3. Cabarov Rauf

4. Lütfəliyeva Fəridə

Referi köməkçiləri:

1. Əmirəli Akif

2. Zeynalov Zeynal

3. Abdullayev Elşad

4. Hüseynov Namiq

5. Talıbov Pərvin

6. Yusifov Cavanşir

7. Nurıyeva Sevda

8. Əkbərzadə Gülnurə

VAR hakimləri:

1. Ağayev Əliyar

2. Məsiyev Elçin

Futzal

1. Qafarlı Hikmət

2. Cəbrayılov Əli

3. Əmiraslanov Knyaz

Çimərlik futbolu

1. Məmmədov İnqilab

2. Nağıyev Nail

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO