Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi DÇ-2022-də 3-cü yer uğrunda görüşdə Xorvatiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.
Bizim.Media xəbər verir ki, o, ən yaxşı 4 komanda arasında olduqları üçün qürur duyduğunu deyib:
"Ardıcıl ikinci matçda məğlub olmaq çox məyusedicidir, lakin oyunçular əllərindən gələni etdilər. Fiziki cəhətdən çox çətin idi. Komandanın yarımfinaldan sonra özünə gəlməyə praktiki olaraq vaxtı yox idi. Azarkeşlərimiz üçün qələbə qazanmaq istəyirdik. Bu dünya çempionatından dərs çıxaracağıq. Hələ də xoşbəxtik, çünki bu turnirdə 4-cü olduq. Xorvatiya bürünc medalı haqq etdi. Onları təbrik edirəm.Biz nəticə çıxaracağıq və daha da güclü qayıdacağıq".
Bizim.Media
- A-
- A
- A+
İdman
23:45 / 17.12.2022
Mərakeş millisinin baş məşqçisi: "Dünya çempionatına daha güclü qayıdacağıq"
Hazırda oxunan: Mərakeş millisinin baş məşqçisi: "Dünya çempionatına daha güclü qayıdacağıq"
Hazırda oxunan: Mərakeş millisinin baş məşqçisi: "Dünya çempionatına daha güclü qayıdacağıq"
110212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.