Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha 2 oyunu keçiriləcək.
Bizim.Media xəbər verir ki, matçlardan biri Gəncədə, digəri isə Sumqayıtda olacaq.
Günün ilk görüşündə "Sabah" səfərdə "Kəpəz"lə üz-üzə gələcək. Hazırda paytaxt klubu 39 xalla 2-ci, qərb təmsilçisi isə 10 xalla 9-cudur.
Komandalar indiyədək ölkə çempionatında yalnız 1 dəfə qarşılaşıblar. Mövsümün ilk dövrəsinə təsadüf edən qarşılaşmada "Sabah" 5:0 hesablı qələbə qazanıb.
Günün son oyununda isə 9 xalla axırıncı pillədə qərarlaşan "Sumqayıt" 10 xalla 8-ci olan "Səbail"i qəbul edəcək.
Bu, iki kollektivin Premyer Liqada yubiley - 20-ci dueli olacaq. Əvvəlki 19 matçın 9-da "gənclik şəhəri" təmsilçisi, 7-də isə "dənizçilər" sevinib. 3 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də Samir Abasovun baş məşqçi olduğu komanda üstündür - 23:15.
Son 5 oyunda meydan sahibi olan komanda uduzmayıb. “Sumqayıt” son 4 ev qarşılaşmasında xal itirməyib.
Azərbaycan Premyer Liqası, XVII tur
14 dekabr (çərşənbə)
14:00. “Kəpəz” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Gəncə şəhər stadionu.
19:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”.
Qeyd edək ki, XVII turun əvvəlki oyunlarında "Zirə" Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, "Qarabağ" isə "Qəbələ"yə minimal hesabla qalib gəlib - 1:0. Tura dekabrın 15-də keçiriləcək "Turan Tovuz" - "Neftçi" görüşü ilə yekun vurulacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:06 / 14.12.2022
Azərbaycan Premyer Liqasında bu gün daha 2 oyun keçiriləcək
Hazırda oxunan: Azərbaycan Premyer Liqasında bu gün daha 2 oyun keçiriləcək
Hazırda oxunan: Azərbaycan Premyer Liqasında bu gün daha 2 oyun keçiriləcək
109451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.