"Fransaya qarşı inanılmaz enerji ilə oynayacağıq" - Valid Reqraqi 

Hazırda oxunan: "Fransaya qarşı inanılmaz enerji ilə oynayacağıq" - Valid Reqraqi 

109442

“Biz finala çıxmaq və qalib gəlmək istəyirik. Bu məqsəd üçün hər şeyə hazırıq. Odur ki, inanılmaz enerji ilə oynayacağıq". 

Bizim.Media xəbər verir ki, bu sözləri Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi DÇ-2022-nin yarımfinalında bu gün Fransa ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib 

O qeyd edib ki, yarımfinala vəsiqə qazanmaqla kifayətlənmək fikrində deyillər:

"Bu, bəlkə də dünya çempionu olmaq üçün yeganə şansdır. Biz yorulmamışıq. Sabah çox qaçacağıq. Ümid edirəm ki, Fransa yığması bizə hörmət etməyəcək. Belə olmasa, işimiz çətinləşəcək”. 

Reqraqi “Əl-Bayt” stadionunda keçiriləcək oyunda tribunalarda 20 min mərakeşlinin olacağını söyləyib:

“Buna görə sabah evimizdə oynayacağımızı deyə bilərəm. Bu da bizi çox sevindirir”. 

Mərakeşlilərin çalışdırıcısı dünya çempionu olmaq üçün cəmi 2 oyunu udmaq lazım olduğunu xatırladıb:

“Biz uğura acıq. Yetərli olacağını bilmirəm, amma biz Afrikanın dünyanın zirvəsində olmasını istəyirik. Favorit olmadığımızı bilsək də, özümüzə güvənirik.

Mundial başlayanda dünya çempionu olmaq şansımız 1 faiz göstərilirdi, indi isə 12 faiz olub. Bu faizi daha da yuxarı çıxarmağa çalışacağıq. Dünya çempionu olmaq üçün cəmi 2 oyun var. Finala çıxmaq və oradan da qalib ayrılmaq istəyirik. Bu hədəfə çatmaq üçün hər şeyi edəcəyik. Bir fürsətimiz var və onu boşa vermək, daha 40 il gözləmək istəmirik”. 
Qeyd edək ki, bu gün keçiriləcək Fransa - Mərakeş matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO