iOS istifadəçiləri üçün “Twitter Blue” 7 deyil, 11 dollara olacaq 

iOS istifadəçiləri üçün “Twitter Blue” 7 deyil, 11 dollara olacaq 

Hazırda oxunan: iOS istifadəçiləri üçün “Twitter Blue” 7 deyil, 11 dollara olacaq 

108857

“Twitter” bəzi əməkdaşlarına “mavi quş” üçün abunə qiymətini dəyişməyi planlaşdırdığını deyib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Information” yazıb. Belə ki, “Twitter Blue” abunəsini sayt vasitəsilə ödəyənlər üçün qiymət $7, iOS istifadəçiləri üçün isə $11 təşkil edəcək.

Nəşr qərarın “App Store” komissiyasının kompensasiya cəhdi ilə bağlı olduğunu düşünür: platformadan istifadənin birinci ili üçün 30%, ikinci ildən isə 15%. Maskın sözlərinə görə, bu, “çox yüksək rəqəmdir”.
Noyabrın 1-də Mask “Twitter Blue” abunəliyini necə dəyişdirməyi planlaşdırdığından danışıb. Qeyd edək ki, bu funksiyanın ABŞ-da qiyməti 4.99 dollardan 7.99 dollara yüksəlib.

ABŞ-dan başqa Kanada, Avstraliya, Yeni Zelandiya və Böyük Britaniyada da “Twitter Blue”ya abunə olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO