"Qarabağ"ın Antalyadakı yoxlama oyunlarının tarixləri bəlli olub

Hazırda oxunan: "Qarabağ"ın Antalyadakı yoxlama oyunlarının tarixləri bəlli olub

108629

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək "Qarabağ"ın yoxlama oyunlarının tarixləri müəyyənləşib. 

Klubun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Ağdam təmsilçisi qardaş ölkədə 3 sınaq matçında qüvvəsini sınayacaq. 

"Köhlən atlar" yanvarın 13-də Polşanın "Poqon" komandası ilə qarşılaşacaq. Komanda 5 gün sonra isə Serbiya "Çukariçki"si və Polşanın digər təmsilçisi "Rakuv"la üz-üzə gələcək. 

Qeyd edək ki, "Qarabağ" yanvarın 4-dən 23-dək Antalyada təlim-məşq toplanışında olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO