\

\"Qarabağ\" \"Makkabi\" önünə tam heyətlə çıxmayacaq

Hazırda oxunan: \"Qarabağ\" \"Makkabi\" önünə tam heyətlə çıxmayacaq

1080

"Qarabağ" komandası İsraildə "Makkabi" (Təl-Əviv) komandası ilə keçirəcəyi Avropa Liqasının I qrupunun ilk tur matçına futbolçu itkiləri ilə çıxacaq.

Bizim.Media Report.az-a istinadən məlumat verir ki, bunu Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov deyib. Belə ki, müdafiəçi Abbas Hüseynovla hücumçu Mahir Emreli meydana çıxmayacaq.

"Qəbələ" ilə Azərbaycan Premyer Liqasının VI tur matçından sonra əzələsində problemlər yaranan  Hüseynovun hətta "18-liy"ə düşməsi sual altındadır. Emreliyə gəldikdə, baş məşqçi 23 yaşlı forvardın hələ topla məşqlərə başlamadığını söyləyib: "Mahir ilk məşqinə dünən çıxdı. Bəlkə bu gün komanda ilə yüngül məşq edəcək.”

Qeyd edək ki, "Makkabi" - "Qarabağ" matçı oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək. Qarşılaşma  Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO