DÇ-2022-nin ilk 1/4 finalçı müəyyənləşdi - VİDEO

DÇ-2022-nin ilk 1/4 finalçı müəyyənləşdi - VİDEO

Hazırda oxunan: DÇ-2022-nin ilk 1/4 finalçı müəyyənləşdi - VİDEO

107726

Bu gün DÇ-2022-də 1/8 final mərhələsinə start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə nəzərdə tutulan 2 qarşılaşmadan 1-i başa çatıb.

Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gəlib. "Xəlifə" stadionunda keçirilən görüşdə 3:1 hesabı ilə qalib gələn Niderland 1/4 finala yüksəlib.

Günün diəgr matçında isə Argentina və Avstraliya yığmaları üz-üzə gələcək. "Əhməd ibn-Əli" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, Niderland - ABŞ cütünün qalibi 1/4 finalda Argentina - Avstraliya cütünün güclüsü ilə qarşılaşacaq.

Niderland - ABŞ - 3:1

Qollar: Memfis Depay, 10 (1:0), Blind, 45+1 (2:0),  Rayt, 76 (2:1), Dumfris, 81 (3:1)

Baş hakim: Vilton Sampayo (Braziliya)

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO