"Qarabağ"ın ürək-damar xəstəliklərindən əziyyət çəkən sabiq futbolçusu ağır ürək əməliyyatı keçirib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna “Qarabağ” Futbol Klubunun sabiq yarımmudafiəcisi Elfariz İsayev məlumat verib.
Veteran futbolçu hazırda səhhətinin normal olduğunu və özünü yaxşı hiss etdiyini bildirib:
"Hazırda evdəyəm, bu, sayca ikinci əməliyyatdır. Əvvəllər də damar tıxanmalarına görə həkimə müraciət etmişəm. İndi hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm".
Xatırladaq ki, Elfariz İsayev 1993-1999-cu illərdə komandanın formasında meydana çıxıb. O, klubun aparıcı futbolçusu olmaqla yanaşı, "Qarabağ"ın heyətində Azərbaycan çempionu olub.
E.İsayev hazırda Tərtər rayonunda yaşayır. O, uşaq futbol məktəbində məşqçi kimi fəaliyyət göstərir.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
İdman
20:21 / 30.11.2022
"Qarabağ"ın sabiq futbolçusu əməliyyat olundu – ÖZƏL - FOTO
Hazırda oxunan: "Qarabağ"ın sabiq futbolçusu əməliyyat olundu – ÖZƏL - FOTO
Hazırda oxunan: "Qarabağ"ın sabiq futbolçusu əməliyyat olundu – ÖZƏL - FOTO
107172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.