Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

Hazırda oxunan: Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

106834

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XV tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Paytaxt təmsilçisi 35 xalla ikinci, Tovuz klubu 16 xalla 6-cı sırada qərarlaşıb.

İlk dövrədəki qarşılaşmada "Sabah" 3:1 hesablı qələbə qazanıb.

Tura "Sumqayıt" - "Qəbələ" görüşü ilə vurulacaq. Meydan sahibləri 5 xalla sonuncu - 10-cu, "qırmızı-qaralar" 20 xalla beşinci yerdədir. Tərəflər indiyədək ölkə çempionatlarında 40 dəfə üz-üzə gəliblər. Bunların 23-də qonaqlar, 5-də "gənclik şəhəri" təmsilçisi meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Qəbələ"nin aşkar üstünlüyü var - 64:29.

Azərbaycan Premyer Liqası, XV tur

29 noyabr

14:00. “Turan Tovuz” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Orxan Məmmədov

Tovuz şəhər stadionu

16:30. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov

Hakim-inspektor: Asim Xudiyev

“Kapital Bank Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, "Qarabağ" isə "Zirə"nin müqavimətini qıra bilməyib - 0:0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO