Cavid Hüseynova hakimə əl-qol atdığı üçün 6 oyunluq CƏZA

Cavid Hüseynova hakimə əl-qol atdığı üçün 6 oyunluq CƏZA

Hazırda oxunan: Cavid Hüseynova hakimə əl-qol atdığı üçün 6 oyunluq CƏZA

106293

AFFA İntizam Komitəsi "Şamaxı"nın məşqçisi Cavid Hüseynovu 6 oyunluq cəzalandırıb.

Bizim.Media xəbər verir ki, buna mütəxəssisin "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final oyunu başa çatdıqdan sonra etdiyi hərəkət səbəb olub. 

Hüseynov birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atıb. 

Şamaxı təmsilçisi bunun üçün 6 min manat məbləğində cərimələnib. Bölgə təmsilçisi həmin görüşdə 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat ödəyəcək. 
Komandanın müdafiəçisi Cəlal Hüseynova isə ikinci sarı vərəqəni alaraq meydandan qovulduğuna görə bir oyunluq cəza verilib. 

İK MOİK-ə 1600 manat məbləğində cərimə kəsib. "Səbail"lə kubok matçında təcili yardım maşınının təyin olunan vaxtda gəlməməsi klubu ziyana salıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO