Azərbaycan millisi mübarizəni dayandırdı – Şahmat yarışı isə davam edir 

Azərbaycan millisi mübarizəni dayandırdı – Şahmat yarışı isə davam edir 

Hazırda oxunan: Azərbaycan millisi mübarizəni dayandırdı – Şahmat yarışı isə davam edir 

105964

Xəbər verdiyimiz kimi, Azərbaycanın şahmat üzrə millisi İsraildə dünya çempionatında iştirak edir.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisi komandalararası dünya çempionatında mübarizəni dayandırıb.

Məlumata görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma 1/4 finalda İspaniya seçməsi ilə üz-üzə gəlib. 
İlk görüş 2:2 hesabı ilə başa çatsa da, ikinci qarşılaşmada rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Azərbaycan millisi mundialla vidalaşıb.

Qeyd edək ki, dünya çempionatı noyabrın 25-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO