“Biz Səudiyyə Ərəbistanının necə oynadığını bilirdik. Onların yüksək müdafiə xəttinə sahib olduqlarını bilə-bilə matça hazırlaşdıq. Oyundan kənar vəziyyət millimetrik idi. Daha iki matçımız var. Biz uduzduq, amma toparlanıb mübarizə aparacağıq”.
Bizim.Media xəbər verir ki, bunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, məğlubiyyətin çox ağrılı olduğunu vurğulayıb:
"Qələbəli başlanğıc üçün böyük ümidimiz var idi. Xüsusilə ikinci hissədə səhvlərimizə görə uduzduq. Fərqlilik yaradan detallar var, səhvləri düzəltmək lazımdır. İlk hissədə birdən çox qol vurmalı idik. Amma bu, dünya çempionatıdır. Qarşıda bizi iki final gözləyir".
Qeyd edək ki, Argentina qrup mərhələsində növbəti oyunlarını noyabrın 26-ı Meksika, noyabrın 30-u isə Polşaya qarşı keçirəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:26 / 23.11.2022
"Qələbəli başlanğıca böyük ümidimiz var idi, səhvlərimizə görə uduzduq” – Argentina millisinin baş məşqçisi
Hazırda oxunan: "Qələbəli başlanğıca böyük ümidimiz var idi, səhvlərimizə görə uduzduq” – Argentina millisinin baş məşqçisi
Hazırda oxunan: "Qələbəli başlanğıca böyük ümidimiz var idi, səhvlərimizə görə uduzduq” – Argentina millisinin baş məşqçisi
105765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.