FİFA-dan dünya çempionatında əlavə edilən dəqiqələrlə bağlı AÇIQLAMA

FİFA-dan dünya çempionatında əlavə edilən dəqiqələrlə bağlı AÇIQLAMA

Hazırda oxunan: FİFA-dan dünya çempionatında əlavə edilən dəqiqələrlə bağlı AÇIQLAMA

105719

FİFA Qətərdə keçirilən dünya çempionatı matçında rekord əlavə edilmiş dəqiqələr haqqında acıqlama verib.

Bizim.Media xəbər verir ki, qurumun hakimlər komitəsinin rəhbəri Pyerluici Kollina bildirib ki, azarkeşlər daha təmiz oyun vaxtı görmək istəyirlərsə, uzun matçlara hazır olmalıdırlar.

Dünya çempionatının ilk oyunları zamanı əlavə edilmiş çoxlu dəqiqələr FİFA-nın oyunlar zamanı dayanma vaxtını daha diqqətlə hesablamaq istəyi ilə bağlıdır. 

“Artıq Rusiyada keçirilən dünya çempionatında biz neçə dəqiqə kompensasiya edilməli olduğunu diqqətlə hesablamağa başladıq. İnsanlara dedik ki, dördüncü hakim tablonu altı, yeddi, hətta səkkizlə qaldıranda təəccüblənməsinlər” - deyə Kollina bildirib.

Onun sözlərinə görə, hər şey diqqətlə hesablanıb.

“Bu baxımdan Rusiyada uğur qazanmışıq və Qətərdə bunu tətbiq edirik”, - italiyalı əlavə edib.

Dünya çempionatının açılış oyunları digər məsələlərlə yanaşı, hakimlərin qarşılaşmaların birinci və ikinci hissələrinə çoxlu vaxt əlavə etməsi ilə diqqəti cəlb edib. Beləliklə, İngiltərə və İran komandaları (6:2) turnir tarixində ən uzun matça çıxıblar.
Oyunun əvvəlində iranlı qapıçı Əlirza Beyranvənd zədələndiyinə, uzun sürən tibbi yardıma və sonradan əvəzlənməyə görə baş hakim Rafael Klaus birinci hissəyə 14 dəqiqə, ikinci hissəyə isə daha 10 dəqiqə əlavə edib.

Zakir Abbas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO