Şahmatçılarımız Dünya Çempionatında İsrail komandası ilə görüşəcək

Şahmatçılarımız Dünya Çempionatında İsrail komandası ilə görüşəcək

Hazırda oxunan: Şahmatçılarımız Dünya Çempionatında İsrail komandası ilə görüşəcək

105611

Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının İsraildə təşkil olunan komandalararası dünya çempionatında mübarizəsi davam edir.

Bizim.Media xəbər verir ki, komandamız bu gün İsrail yığmasına qarşı mübarizə aparacaq.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət Azərbaycan yığması dörd turun nəticəsinə görə, “B” qrupunda 5 xalla ikinci yerdədir.
Özbəkistan 6 xalla ilk pillədə qərarlaşıb. Hindistan, İsrail hərəyə 4, Polşa 3, ABŞ komandası isə 2 xal toplayıb.

Turnirdə ümumilikdə 12 komanda mübarizə aparır. Bir dövrəli sistem üzrə keçiriləcək beş turluq mübarizənin sonunda, qrupda ilk dörd yeri tutmuş komandalar yarışın dörddəbir final mərhələsinə vəsiqə qazanacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO