PSJ-nin bir hissəsini satmaq istəyirlər

PSJ-nin bir hissəsini satmaq istəyirlər

Hazırda oxunan: PSJ-nin bir hissəsini satmaq istəyirlər

105581

PSJ-nin səhmlərinin bir hissələri yaxında satıla bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun prezidenti Nasser Əl-Xəlaifi "TalkSport"a müsahibəsində danışıb.  

O, klubu ümumilikdə satmağı düşünmədiklərini, lakin səhmlərin kiçik bir hissəsinin satılmasının mümkün olduğunu deyib:

"Biz bu kluba 70 milyon avro sərmayə qoymuşuq. Amma indi PSJ-nin dəyəri 4 milyard avrodur.

Ancaq klubu bütöv satmayacağıq. Kiçik bir hissənin satışı niyə olmasın? Fərqli təkliflər haqqında düşünürük. Klubu ümumilikdə satmayacağıq. Amma təklifləri dəyərləndirməyi düşünürük". 
Qeyd edək ki, daha əvvəl "L`Equipe"nin yazdığı xəbərdə ABŞ-dan olan bir iş adamının PSJ-nin 15 faizini almağa hazırlaşdığı bildirilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO