Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verildi - FOTO

Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verildi - FOTO

Hazırda oxunan: Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verildi - FOTO

104922

"Şüa" İdman Kompleksində stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib.

Bizim.Media Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) istinadən xəbər verir ki, açılış mərasimində iştirakçıları salamlayan qurumun vitse-prezidenti Elmar İslam, Gənclər və İdman Nazirliyinin (AGİN) sektor müdiri Sarvan Nağıyev onlara uğurlar arzulayıb.

AGİN və ASTF-nin birgə təşkil etdiyi yarışda paytaxt idmançıları ilə yanaşı, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və Uşaq Gənclər İdman Məktəblərinin tennisçiləri mübarizə aparırlar.
4 gün davam edəcək ölkə kubokunun təşkilində əsas məqsəd ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir.

Qeyd edək ki, noyabrın 19-da yekun vurulacaq yarışın qalibləri nazirliyin diplomları va federasiyanın qiymətli hədiyyələri ilə təltif olunacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO