Türkiyə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün müraciət etdi

Türkiyə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün müraciət etdi

Hazırda oxunan: Türkiyə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün müraciət etdi

104816

Türkiyə 2028 və ya 2032-ci illərdə futbol üzrə Avropa Çempionatına ev sahibliyi etmək üçün UEFA-ya müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın açıqlamasında bildirilib.

Qeyd olunub ki, 2028 və 2032 çempionatlarına ev sahibliyi etmək istəyən ölkələr ilkin ərizələrini təqdim ediblər.

Türkiyə 2028 və 2032 çempionatları üçün müraciət edib. İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uels futbol federasiyaları 2028-ci il, İtaliya isə 2032-ci il üçün namizədliyini irəli sürüb.

Ərizə faylının son təqdim olunma vaxtı 12 aprel 2023-cü il tarixinə təyin edilib. 2028 və 2032-ci il Avropa çempionatlarının ev sahiblərinin gələn ilin payızında açıqlanacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO