PSJ-nin və Argentina millisinin futbolçusu Lionel Messi vətənində tez-tez tənqid olunmasından danışıb.
Bizim.Media xəbər verir ki, 35 yaşlı hücumçu bu barədə "Marca"ya açıqlamasında deyib.
“Mən həmişə argentinalıların sevgisini hiss etmişəm, lakin məndən daim şübhələnən bir qrup insan var. Hər hansı bir hərəkətimlə bağlı fikirləri var idi. 2012-ci ildə Amerika Kuboku bizim üçün çox pis başladı.
Həmin Amerika Kubokunda ən yaxşı matçlardan birini keçirdikdən sonra yarışı tərk etdik. Hər şey penaltilər seriyasına görə oldu. İlk iki oyunda zəif oynadıq.
Bu, 2010-cu il dünya çempionatı kimi uğursuz oldu. 2006-cı ildə dünya çempionatında çətinliklə oynadım, amma o zaman da məni tənqid etməyə başladılar, incitməyə çalışdılar. 2007-ci ildə Venesuelada keçirilən Amerika Kubokunun finalında uduzduq. Sonra tənqidlər daha da gücləndi”.
Qeyd edək ki, ötən ilin yayından PSJ-nin formasını geyinən Messi 2005-ci ildən Argentina millisində oynayır.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:26 / 16.11.2022
Messi: "Onlar məni incitməyə çalışdılar"
Hazırda oxunan: Messi: "Onlar məni incitməyə çalışdılar"
Hazırda oxunan: Messi: "Onlar məni incitməyə çalışdılar"
104711
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.