UEFA Fransa klubunu “Qarabağ”la oyundakı hərəkətlərə görə cəzalandırdı

UEFA Fransa klubunu “Qarabağ”la oyundakı hərəkətlərə görə cəzalandırdı

Hazırda oxunan: UEFA Fransa klubunu “Qarabağ”la oyundakı hərəkətlərə görə cəzalandırdı

104564

UEFA Fransanın "Nant" klubunu cəzalandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat ali futbol qurumunun rəsmi saytında dərc olunub.

Klubun cəzalanmasına səbəb kimi Liqa 1 təmsilçisinin azarkeşlərinin evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur oyununda yol verdikləri hərəkətlər göstərilib.

Belə ki, klub "Bojuar" stadionunda ictimai keçid yolları bağlandığı üçün 12 000 avro, atəşfəşanlığa görə isə 30 000 avro cərimələnib. Üstəlik, UEFA İtaliya "Yuventus"una qarşı pley-off matçında tribunaların qismən bağlanmasına qərar verib.
Bundan başqa, təhlükəsizlik tədbirləri lazımi səviyyədə olmadığı və azarkeşlər tam yoxlanılmadığı üçün "Nant"a xəbərdarlıq edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO