“Qarabağ” klubu polisə niyə müraciət edib? - DİN-dən AÇIQLAMA 

“Qarabağ” klubu polisə niyə müraciət edib? - DİN-dən AÇIQLAMA 

Hazırda oxunan: “Qarabağ” klubu polisə niyə müraciət edib? - DİN-dən AÇIQLAMA 

103946

“Qarabağ” futbol klubu dövlət qeydiyyatına alınmış əmtəə nişanlarından qanunsuz istifadə halları ilə bağlı polisə müraciət edib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmisi Zeyni Hüseynov açıqlama verib.

O bildirib ki, klubun direktoru Emrah İşık Çelikel Suraxanı Rayon Polis İdarəsinə noyabrın 11-də ərizə ilə müraciət ünvanlayıb.
"Qarabağ” klubunun rəsmi dövlət qeydiyyatına alınmış əmtəə nişanlarının əks olunduğu formalar sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən satışa çıxarılır" - deyə müraciətdə qeyd olunub.

Klub həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və qanunsuz satışların qarşısının alınmasını xahiş edib. 

Z.Hüseynov bildirib ki, hazırda müraciətlə bağlı araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO