Avropa nəhəngləri türk hücumçu uğrunda mübarizə aparır

Avropa nəhəngləri türk hücumçu uğrunda mübarizə aparır

Hazırda oxunan: Avropa nəhəngləri türk hücumçu uğrunda mübarizə aparır

103441

"Qalatasaray"ın futbolçusu Yusuf Demir bir çox Avropa klublarının maraq dairəsindədir. 

Bizim.Media "Takvim"ə istinadən istinadən xəbər verir ki, İngiltərədən "Liverpul", "Mançester Yunayted", Almaniyadan "Borussiya" (Dortmund) və "Bayer" kimi klubları 19 yaşlı hücumçunu transfer etmək istəyir. 

Yusuf Demirin gələcək karyerası ilə bağlı "Qalatasaray"da bir qərar verilməyib. Türkiyədə cari mövsüm 2 liqa və 1 kubok matçına çıxan türk əsilli oyunçunun gələcəyi barədə Okan Buruk son qərarı verəcək. 
Qeyd edək ki, "Qalatasaray" Yusuf Demiri "Rapid"dən 6 milyon avroya heyətinə qatıb. 9 milyon avro satış qiyməti olan türk futbolçunun "Cim-Bom"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO