"Qarabağ"ın prezidenti oyundan əvvəl komanda ilə görüşdü - FOTO 

Hazırda oxunan: "Qarabağ"ın prezidenti oyundan əvvəl komanda ilə görüşdü - FOTO 

102697

"Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Frayburq"la (Almaniya) bu gün keçiriləcək oyundan əvvəl komandanı ziyarət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə  klubun mətbuat xidmətinin məlumatında bildirilib. 

Bildirilib ki, o, baş məşqçi Qurban Qurbanovla görüşüb. 

Klub rəhbəri “Qarabağ"ın daha bir tarixi oyunu ərəfəsində baş məşqçi Qurban Qurbanova və komandasına inandığını deyib. Tahir Gözəl komandaya uğurlar arzulayıb.  
Qeyd edək  ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Frayburq" matçı saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi bu gün Azərbaycan futbol tarixində ilk dəfə Avropa Liqasının qrup səddini keçə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO